Əvəzedici heyətlər arasında Azərbaycan çempionatında mövsümün 400-cü qolu vurulub. Fanat.az xəbər verir ki, yubiley qolu "Xəzər Lənkəran" - "İnter" matçında qeydə alınıb.
Belə ki, bu turadək baş tutan 115 oyunda 393 qol vurulmuşdu. XXIV turun saat 12.00-da başlayan "Neftçi" - "Qarabağ" matçında 3 (1:2), bir saat sonra start götürən "Simurq" - "Qəbələ" oyununda 2 (1:1) top qeydə alınıb və qol sayı 398-ə çatıb. Saat 14.00-da başlayan "Bakı" - "Sumqayıt" matçının 18-ci dəqiqəsində Raul Yaqubzadə 399-cu qola imza atıb. Və nəhayət, eyni saatda startı verilən "Xəzər Lənkəran" - "İnter" qarşılaşmasının 55-ci dəqiqəsində qonaq komandadan Cəmil Hacıyev mövsümün 400-cü qolunu vurub. Bu matç 0:2 hesabı ilə başa çatıb.
Fanat.az