"Xəzər Lənkəran" "Dinamo" və "Lokomotiv"ə qarşı

"Xəzər Lənkəran" "Dinamo" və "Lokomotiv"ə qarşı

"Xəzər Lənkəran"ın əvəzedici komandası yeni mövsümə ölkə xaricində hazırlaşacaq. Fanat.az xəbər verir ki, cənub klubu Gürcüstana yollanacaq.

Toplanış iyulun 18-də başlayacaq. "Xəzər Lənkəran" hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcək.

Klubdan verilən məlumata görə, ilk oyun iyulun 21-də baş tutacaq və rəqib yerli "Qaqra" klubu olacaq. İyulun 23-də STU ilə oyunda yetirmələrini sınayacaq baş məşqçi Elbrus Məmmədov komandanı ayın 26-da "Dinamo"nun əvəzedici heyətinə qarşı oyuna çıxaracaq. İyulun 28-də yenidən "Qaqra" ilə üz-üzə gələcək lənkəranlılar 3 gün sonra "Lokomotiv"lə gücünü sınayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər