"Xəzər Lənkəran" "Böyük oyun"a Bakıda hazırlaşır

"Xəzər Lənkəran" "Böyük oyun"a Bakıda hazırlaşır
"İnter"lə ev oyunundan sonra qısamüddətli istirahətə buraxılan "Xəzər Lənkəran" artıq üç gündü məşqlərə davam edir. Fanat.az xəbər verir ki, komanda tam heyətlə hazırlıq keçə bilmir.
 
Belə ki, Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov Azərbaycan milli komandasının, Ağabala Ramazanov U-21-in, Alfred Sanko Sierra Leone yığmasının heyətindədi. Orxan Sadıqlı isə zədə səbəbindən kənarda qalıb. Qalan futbolçular baş məşqçi Oğuz Çətinin rəhbərliyi altında hər gün 2 məşq keçməklə "Neftçi" ilə matçın hazırlığını davam etdirir.
 
Əsas komanda ilə məşq edən futbolçuların sırasında əvəzedici heyətin də bir neçə üzvü var. Bunlar Elvin Mirzəyev, Ruslan Cəfərov, İlqar Əlkbərov, Bəhruz Teymurov, Kamran Abdullazadə və Elsevər Bəkirzadədi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər