"Xəzər Lənkəran" "Bakı" ilə oyuna hazırlaşır

"Xəzər Lənkəran" "Bakı" ilə oyuna hazırlaşır

“Bakı”ilə oyunun hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”dünən axşam saatlarında əsas meydanda növbəti məşqini keçirib. Fanat.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra qısaldılmış meydanda 45 dəqiqəlik iki tərəfli oyun keçirib.

 

Baş məşqçi Con Toşakın müxtəlif tapşırıq və iradları ilə müşaiyət olunan məşqdə ölkəsinin yığmasından dönən Nikola Qliqorov da iştirak edib. Qliqorovun da dönüşündən sonra “Xəzər Lənkəran” tam heyətlə VI turun ev oyununa hazırlığını davam etdirir. Bu gün isə komanda “Bakı” ilə oyunöncəsi son məşqinə çıxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər