Topaz Premyer Liqasının V turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” Lənkəranda son üç gün ərzində davam edən hazırlığını tamamlayıb. Fanat.az xəbər verir ki, bu gün səhər məşqini ehtiyat meydançada keçirən cənublular 1 saat 20 dəqiqə ərzində fiziki və taktiki çalışmaları yerinə yetirib.
Yeni transferlər Deyvid Sakkoni və Edu Oriolun da iştirak etdiyi məşq prosesi yetərincə maraqlı alınıb. Futbolçuların istəkli olması, tapşırıqları düzgün yerinə yetirməsi məşqçilər korpusunu razı salıb. Məşqin ardından “Xəzər Lənkəran” Qəbələyə yola düşüb.
Qeyd edək ki, “Qəbələ” - “Xəzər Lənkəran” matçı avqustun 31-də baş tutacaq. Oyundan sonra "gəmiçilər" Qəbələdə daha 4 gün qalaraq, təlim məşq toplanışı keçirəcək.