"Xəzər Lənkəran" Qəbələni tərk edir

"Xəzər Lənkəran" Qəbələni tərk edir
Premyer Liqada yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplanışı keçən "Xəzər Lənkəran" bu gün hazırlıqlarını yekunlaşdıracaq. Fanat.az xəbər verir k, Lənkəran təmsilçisi saat 10.30-da Qəbələ Futbol Akademiyasına məxsus meydançada son məşqinə çıxıb.
Bu hazırlıq prossesi komandanın Qəbələdə keçirdiyi toplanış çərçivəsində son məşq olacaq. "Xəzər Lənkəran" bu gün saat 13.00-da Qəbələni tərk edərək, Bakıya yola düşəcək.
Paytaxta çatdıqdan sonra komanda 3 günlük istirahətə çıxacaq. Sentyabrın 6-da, 7-də və 8-də istirahət edəcək futbolçular bir də sentyabrın 9-da Bakıda bir araya gələrək Lənkərana yollanacaqlar. 
12cioyuncu.info
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər