Premyer Liqanın V turunda avqustun 31-də “Qəbələ” klubunun qonağ olacaq “Xəzər Lənkəran” qarşılaşma bitəndən sonra da Qəbələ şəhərində qalacaq. Fanat.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, DÇ-2014 seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının İsrail yığmasıyla sentyabrın 7-də keçirəcəyi rəsmi oyunu ilə əlaqədar Premyer Liqada yaranan 10-günlük fasilə zamanı “Xəzər Lənkəran” Qəbələdə təlim-məşq toplantısı keçirəcək.
Hazırda bir oyunluq əvəzedici heyətə göndərilən gənc futbolçular Kamran Abdullazadə, Kazım Kazımlı, Elnur Cəfərov və Elvin Mirzəyev də toplantı zamanı əsas heyətə qatılacaqlar. Baş məşqçi Con Toşak yeni transferlər Deyvid Sakkoni və Eduardo Oriolun birgə məşq edərək komandaya alışmaları üçün bu toplantını ələ düşən fürsət kimi dəyərləndirir.
Qeyd edək ki, “Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə qatmaq məqsədi ilə qarşıdakı iki gündə də transfer çalışmalarını davam etdirmək niyyətindədi.