"Qəbələ"nin heyətinə qtamağa hazırlaşdığı Ruslan Tağızadə daha bir neçə klubun maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, bu gün Yuri Syominin komandası ilə 1.5 illik müqavilə bağlayacaq yarımmüdafiəçini "Xəzər Lənkəran" və adı açıqlanmayan daha bir klubumuz heyətində görmək istəyib.
Bir müddət fikirləşən Ruslan dünən qərarını verib. Orta xətt oyunçusu "Xəzər Lənkəran" və digər klubun təklifini geri çevirərək, "Qəbələ"yə keçmək qərarına gəlib.
Qeyd edək ki, 2012/13 mövsümündə "Sumqayıt"dan AZAL-a keçən futbolçu paytaxt təmsilçisində 39 oyun keçirib və 5 qol vurub.
Fanat.az