Topaz Premyer Liqasında XXII turun ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı "Simurq"un üzvü Draqan Çeran olub. 27 yaşlı serbiyalı hücumçu “Sumqayıt”la oyunda dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub.
"Qarabağ" bu dəfə də topa ən çox sahib olan və dəqiq ötürmə verən komandadı - oyun ərzində 47 dəqiqədən çox topa sahib olma, 82% dəqiq ötürmə. Hücum sayında "Xəzər Lənkəran", qapıya zərbələrdə isə "Simurq" üstün olub. "İnter" futbolçuları isə hamıdan çox - 8 dəfə oyundankənar vəziyyətə düşüb. Cənub təmsilçisi həm də təkbətək mübarizələrdə digər komandaları üstələyib. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Qəbələ”di.
Fanat.az