"Xəzər Lənkəran" Etameni də Bakıya gətirdi

"Xəzər Lənkəran" Etameni də Bakıya gətirdi
Premyer Liqanın VIII turunda "Rəvan"un qonağı olacaq "Xəzər Lənkəran" Lənkərandakı hazırlıqlarını başa vurub. Fanat.az xəbər verir ki, komanda 4 gün davam edən hazırlıq müddətində taktiki və fiziki çalışmalar üzərində məşqlərini yekunlaşdırıb. 
Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən "Xəzər Lənkəran" paytaxtda məskunlaşaraq "Rəvan"la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı üç gündə komanda məşqlərini "Bayıl Arena"da keçirəcək. 
Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən Etame Mbilla da komanda ilə birgədi və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən Edu Oriol və millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edirlər. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər