"Xəzər Lənkəran" Bakıya gəldi - FOTOLAR

"Xəzər Lənkəran" Bakıya gəldi - FOTOLAR

Topaz Premyer Liqasının VII turunda AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" Lənkərandakı hazırlığını başa vurub. Fanat.az xəbər verir ki, bu gün səhər məşqini əsas meydançada keçirən komanda saatyarımlıq hazırlığını tamamlayaraq paytaxta yola düşüb.

Səhər məşqində əsasən taktiki çalışmaları yerinə yetirilib. Zədəli Manuel Skarlatake hələ ki, komanda ilə birgə hazırlığa qatıla bilmir. Bu gün paytaxta çatdıqdan sonra istirahətə buraxılacaq "Xəzər Lənkəran" sabahdan etibarən "Bayıl Arena"nın süni örtüklü meydançasında AZAL-la oyunun Bakı hazırlığına start verəcək. İki gün adıçəkilən arenada məşqlərini keçirəcək komanda şənbə günü matçın keçirələcəyi meydanda - "AZAL Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər