"Xəzər Lənkəran" Bakıda hazırlaşır

"Xəzər Lənkəran" Bakıda hazırlaşır
Çempionatda yaranmış fasilə müddətində "Xəzər Lənkəran" paytaxtda toplanış keçirəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin bir neçə əvəzedici heyət üzvü də daxil olmaqla sərəncamında olan futbolçularla öncədən tərtib olunmuş plan üzrə çalışacaq.
 
Qeyd edək ki, hazırda komandanın bir neçə futbolçusu milli komandaların düşərgəsindədi. Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov Azərbaycanın "A" milli komandası, Elnur Cəfərov və İlyas Səfərzadə U-19 yığmasını, Alfred Sanko isə Sierra Leone yığması ilə qarşıdakı rəsmi görüşlərə hazırlaşır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər