Topaz Premyer Liqasının XIV turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun əsas oyunlarından biri olan "Bakı" - "Xəzər Lənkəran" matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
"İnter"lə "Neftçi" arasındakı paytaxt derbisini digər benəlxalq dərəcəli hakim Rəhim Həsənov idarə edəcək. "Qarabağ"ın "Rəvan"la oyununda Rauf Cabbarov fit çalacaq. "Qəbələ" - AZAL oyununu Fariz Yusifov, "Sumqayıt" - "Simurq" matçını Vüsal Əliyev idarə edəcək.
Qeyd edək ki, turun üç oyununa - "Bakı" - "Xəzər Lənkəran", "Qəbələ" - AZAL və "İnter" - "Neftçi" matçlarına 6 hakim təyinat alıb.
22 noyabr
Bakı - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 14.00.
Qəbələ - AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
Qəbələ şəhər stadionu. Saat 14.20.
Sumqayıt - Simurq
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. Saat 17.00.
23 noyabr
İnter - Neftçi
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
“Şəfa” stadionu. Saat 15.00.
24 noyabr
Qarabağ - Rəvan
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az