"İndiki "Qarabağ" bir neçə il öncə "Tvente" ilə qarşılaşan komanda deyil. İndi bu komanda həqiqətən də çox güclüdü. Səviyyəli legionerləri var və onlar komandaya nəticə qazandıra bilirlər". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın uşaq-gənclər futbolu üzrə texniki direktoru Con van Loen deyib.
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq. Con van Loen Hollandiya mətbuatına açıqlamasında iki komandanın şanslarından danışıb: “Tvente” ilə “Qarabağ”ın duelində şansların 50-50-yə olduğunu düşünürəm. Amma bir şeyi demək olar. Bakıdakı stadionda qonaqların qalib gəlməsi çox çətindi. Hətta Avstriya “Zalsburq”u da bunu bacarmadı. Sizi inandırım ki, buradakı insanlar üçün futbol heç də ikinci dərəcəli deyil”.
Fanat.az