Asiya Çempionlar Liqasının oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu gün ilk oyununa çıxıb.
Təbriz klubunun rəqibi Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubunu qəbul edib. "Səhənd" stadionunda baş tutan oyunun 59-cu dəqiqəsində Əli Kərimi qırmızı vərəqə alsa da, "Traktorsazi" qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 82-ci dəqiqədə Kərim Ansarifard imza atıb.
Fanat.az