Asiya Çempionlar Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" evdə meydana çıxıb.
Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunu qəbul edən Təbriz təmsilçisi qələbə qazana bilməyib - 2:2. 20-ci dəqiqədə Seyid Dəqiqi "Traktorsazi"ni hesabda önə keçirsə də, 54-59-cu dəqiqələrdə iki qol vuran qonaqlar önə keçib. 61-ci dəqiqədə isə Fərhad Əhmədzadə bərabərlik qolunu vurub.
Qeyd edək ki, "Traktorsazi" 4 turda 5 xal qazanıb və C qrupunun ikinci pilləsində qərarlaşıb. Lider "Əl-Ayn"dən 2 xal geri qalan Təbriz klubu növbəti oyununu aprelin 15-də səfərdə Səudiyyə Ərəbistanın "İttihad" klubuna qarşı keçirəcək. Cənubi Azərbaycan təmsilçisi qrupda son matçına aprelin 22-də çıxacaq və Qətərin "Lekviya" klubunu qəbul edəcək.
Fanat.az