"Topaz" "Rəvan" - "Qəbələ" oyunundan imtina etdi

"Topaz" "Rəvan" - "Qəbələ" oyunundan imtina etdi

Premyer Liqanın XXXI turu çərçivəsində baş tutacaq matçlardan birinə pul qoyuluşu dayandırılıb. Fanat.az xəbər verir ki, "Topaz" "Rəvan" - "Qəbələ" oyununu proqramından çıxarıb. 

"Rəvan"ın çempionat matçını "Neftçi" ilə kubok oyununa qurban verəcəyi deyilir. Belə ki, baş məşqçi Güvənc Kurtarın qarşıdakı vacib matçı nəzərə alaraq bu gün meydana gənc və daha çox ehtiyatda qalan futbolçuları buraxacağı deyilir. Görünür, "Topaz" "Qəbələ"nin asan qələbə qazanacağını nəzərə alaraq belə bir addım atıb. Yəni müştərilər asan yolla pul qazanmasın.

Qeyd edək ki, "Topaz" "Rəvan" - "Qəbələ" matçının əmsallarını bir neçə gün əvvəl açıqlamışdı. Meydan sahiblərinin qələbəsini 4.10, qonaqların qələbəsini 1.60 əmsalı ilə dəyərləndirən kantor heç-heçəyə 3.50 kofisenti vermişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər