"Topaz" qorxuya düşdü: "Bakı" - "Qəbələ" matçı...

"Topaz" qorxuya düşdü: "Bakı" - "Qəbələ" matçı...
"Topaz" Premyer Liqanın bir oyununa pul qoyuluşunu dayandırıb. Fanat.az xəbər verir ki, bukmeyker kantoru "Qəbələ" - "Bakı" matçını proqramdan çıxarıb.
Qeyd edək ki, "Bakı"nın legionerləri uzun müddətdi maaş ala bilmədiklərindən "Qəbələ" ilə oyuna yollanmaqdan imtina edib. Bu səbəbdən paytaxt təmsilçisinin bu gün meydana gənc və əvəzedici komandanın üzvləri ilə çıxacağı gözlənilir. Görünür, "Qəbələ"nin rahat qələbə qazanacağını düşünən "Topaz" istifadəçilərinin asan pul qazanmasına imkan vermək istəməyib.
Qeyd edək ki, "Topaz" "Qəbələ"nin qələbə əmsalını 1,90-la qiymətləndirmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər