"Sumqayıt"ın "Şamaxı"ya qarşı neçə itki ilə mübarizə aparacağı bilindi

"Sumqayıt"ın "Şamaxı"ya qarşı neçə itki ilə mübarizə aparacağı bilindi

Misli Premyer Liqasının (MPL) 24-cü turu çərçivəsində sabah "Şamaxı"nı qəbul edəcək "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət məlumdur.

Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:

"Cəzalı futbolçu yoxdur. Ötən matçı zədə səbəbindən buraxan Ronaldo Vaskes də artıq sıraya dönüb. Məşqçi şans verəcəyi halda, meydana çıxa biləcək. Zədəli futbolçumuz yalnız Roi Kehartdır".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının start fiti 20:30-da səsləndiriləcək. "Kimyaçılar" MPL-in turnir cədvəlində 32 xalla 6-cı, 27 xala malik bölgə təmsilçisi isə 8-ci yerdə mövqe tutub.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər