"Sumqayıt"ın əvəzedici komandası da hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, komanda hələlik gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Hazırlıq planı ilə əlaqədar baş məşqçi Vaqif Paşayev açıqlama verib: "Yanvarın 6-da komanda üzvləri və məşqçi heyəti arasında görüş keçirildi. Yanvarın 7-dən etibarən isə məşqlərə start verdik. Gündə bir dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bu toplanış daha çox seleksiya xarakteri daşıyır. Heyəti gücləndirmək üçün 10-a yaxın futbolçunu sınaqdan keçiririk. Bu proses çempionatın startına qədər davam edəcək. Qeyd edim ki, 5 futbolçu artıq sıralarımızı tərk edib".
Baş məşqçi yoxlama oyunları ilə bağlı da danışıb: "Çempionatın 3-cü dövrəsi başlayana qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk olaraq yanvarın 14-də "Şəfa" stadionunda "İnter"in əvəzediciləri ilə görüşəcəyik. Ayın 18-də isə AZAL-ın əvəzediciləri ilə üz-üzə gələcəyik. Növbəti 2 oyunun tarixi isə hələki məlum deyil".
Fanat.az