"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Gənc müdafiəçi Türkiyənin paytaxtı Ankarada cərrahi müdaxiləyə məruz qalıb. Ön çarpaz bağ və menisk əməliyyatı keçirən Feyziyevin 6-9 ay sonra yaşıl meydana dönə biləcəyi gözlənilir.

Xatırladaq ki, 19 yaşlı futbolçu Premyer Liqanın 32-ci turunda "Zirə" ilə matçın gedişində zədələnmişdi. O, son mövsümdə çempionatda 4 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər