"Sumqayıt"ın futbolçusu "Qarabağ" və "İnter"in hədəfində

"Sumqayıt"ın futbolçusu "Qarabağ" və "İnter"in hədəfində
"Sumqayıt"ın futbolçusu iddialı klubların maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, Adil İbrahimov güclü klublardan ciddi təkliflər alıb.
İbrahimovun xidmətində maraqlı olan klublardan biri "İnter"di. Baş məşqçi gənc müdafiəçini komandasında görmək istəyir. Adilin Azərbaycan pasportu daşıması gürcü mütəxəssisi xüsusi ilə cəlb edir. 
Onunla "İnter"lə yanaşı, "Qarabağ" da maraqlıdı. "Sumqayıt"dan başqa bir milliləşdirilmiş futbolçunu - Bədavi Hüseynovu alıb əsas heyət üzvünə çevirən Qurban Qurbanov Adili də komandasında görməkdə maraqlıdı.
Qeyd edək ki, "Sumqayıt" İbrahimovu Latviyanın "Skonto" klubundan transfer edib. Ölkəmizdə 16 Premyer Liqa, 1 kubok matçına çıxan 24 yaşlı müdafiəçi əvvəllər Rusiyanın "Ximki" və "Fakel" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər