"Sumqayıt"ın futbolçusu "Asiya Futbol Mükafatları"na namizədlər arasında

"Sumqayıt"ın futbolçusu "Asiya Futbol Mükafatları"na namizədlər arasında

"Sumqayıt”ın futbolçusu İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.

“Asiya Futbol Mükafatları” Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər