Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışında olan (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb. Fanat.az xəbər verir ki, baş məşqçi Berti Foqts "Sumqayıt"ın üzvü Vurğun Hüseynov yığmaya dəvət edib.
Qeyd edək ki, dünən "Sumqayıt"ın daha bir üzvü - Pərdis Fərcad-Azad yığmaya çağırılıb. Kapitan Rəşad Sadıqovla yarımmüdafiəçi Əfran İsmayılov isə millidən kənarlaşdırılıb. Buna səbəb onların zədəsi olub.
Fanat.az