"Sumqayıt"ın 5 futbolçusu iddialıların hədəfində

"Sumqayıt"ın 5 futbolçusu iddialıların hədəfində
Premyer Liqanın autsayderi "Sumqayıt"ın bəzi futbolçuları iddialı klubların maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, hazırda 5 futbolçuya təkliflər var.
Bunlardan biri Pərdis Fərcad-Azaddı ki, bu futbolçunu "Xəzər Lənkəran" uzun müdətdi heyətində görmək istəyir. Hətta lənkəranlılar yayda milli üzvü ilə müqavilə bağlamaq üzrə idi. Amma sonradan müəyyən səbəblərdən anlaşma baş tutmadı.
Pərdislə yanaşı, "Sumqayıt"dan Mirzağa Hüseynpur, Məhəmməd Kurbanov, Məhəmməd Mirzəbəyov və Adil İbrahimov iddialı klubların maraq dairəsinə düşüb. Klub rəhbərliyi yayda bu təklifləri nəzərdən keçirib, qərarını verəcək.
Qeyd edək ki, 2012/03 mövsümündə Almaniyanın "Berliner AK" klubundan transfer olunan və milliləşdirilən Pərdis Fərcad-Azad cari mövsümdə uzun müddət zədədən əziyyət çəkdiyi üçün Premyer Liqada cəmi 18 oyuna çıxıb (1420 dəqiqə) və 4 qola imza atıb.
İki mövsümdü "Sumqayıt"da çıxış edən Məhəmməd Mirzəbəyov Rusiyanın "Anji" klubundan gəlib. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə 28 oyuna çıxıb və 2442 dəqiqə oynayıb.
2012/2013 mövsümündə Rusiyanın "Mitos" klubundan gələn Mirzağa Hüseynpur cari mövsümdə Premyer Liqada 16 oyuna çıxaraq 938 dəqiqə oanyıb və 2 qol vurub. 24 yaşlı yarımmüdafiəçi fevralın 23-də "Neftçi"nin qapısına iki dəfə yol taparaq komandasına qələbə qazandırıb. 
Yayda Latviyanın "Skonto" klubundan transfer olunan rusiyalı Pdil İbrahimov qısa müddətdə özünü yaxşı tərəfdən göstərib. 28 oyunda meydana çıxan 24 yaşlı müdafiəçi 2435 dəqiqə oynayıb.
Məhəmməd Qurbanov qışda "Rostov"dan transfer olunub. 2 illik müqaviləyə imza atmış 22 yaşlı futbolçu 8 matçda meydana çıxaraq 453 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər