"Sumqayıt"ın 4 əsas heyət üzvü "Karvan-Yevlax"la oyunu kənardan izləyəcək

"Sumqayıt"ın 4 əsas heyət üzvü "Karvan-Yevlax"la oyunu kənardan izləyəcək

Misli Premyer Liqasının (MPL) 23-cü turunda "Karvan-Yevlax"ın qonağı olacaq "Sumqayıt" meydana 4 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Aleksandr Ramalinqom və Nikola Ninkoviç cəzalı olduqları üçün Yevlaxdakı qarşılaşmada iştirak etməyəcəklər. Ronaldo Vaskeslə Roi Kehart isə zədə səbəbindən kənarda qalacaqlar".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Sumqayıt" qarşılaşması martın 7-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. "Gənclik şəhəri" təmsilçisi MPL-in turnir cədvəlində 31 xalla 6-cı pillədə qərarlaşıbsa, 7 xala malik "Karvan" 12-ci - sonuncu sıradadır.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər