"Sumqayıt"dan daha bir transfer açıqlaması

"Sumqayıt"dan daha bir transfer açıqlaması

"Sumqayıt" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən Ramil Mansurovu heyətinə qatan komanda bu gün daha bir transfer açıqlaması yayıb.

Gənclik şəhəri təmsilçisi "Qəbələ"də çıxış edən Tərzin Cahangirovla müqavilə imzalayıb. 21 yaşlı futbolçu icarə əsasında "Sumqayıt"da çıxış edəcək. Tərzin yeni klubunda 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, əslən sumqayıtlı olan Tərzin futbolda ilk addımlarını da Sumqayıtda atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər