İki qapıçı - Anar Nəzirov və Elçin Sadıqovla yollarını ayıran "Sumqayıt" heyətinə bir qolkiper qatmaq istəyir. Fanat.az xəbər verir ki, hazırda gənclik şəhəri təmsilçisinin düşərgəsində bir qapıçı var.
Belə ki, baş məşqçi Aqil Məmmədov "Şahdağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevi sınayır. Onunla bağlı yaxın günlərdə qərar veriləcək.
Qeyd edək ki, "Sumqayıt" "Tavşanlı Linyitspor"dan Andrey Popoviçi transfer edib.
Fanat.az