Premyer Liqa təmsilçilərimizdən "Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, bir müddətdi Sumqayıt təmsilçisinin düşərgəsində baxışda olan Azərbaycan əsilli Rza Qiyali ilə komanda müqavilə imzalayacaq.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib: "Rza Qiyalini məşqçilər korpusu bəyənib. Artıq komandada qalacaq. Yeganə problem sənədləşmə məsələsidi. O da həll olunmağa çalışılır. Bu məsələ yoluna qoyulduqdan sonra, müqavilə imzalanacaq".
futbol11.az