Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" yeni meydançada hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, komanda tam heyətlə hazırlaşır.
Belə ki, zədəsini sağaltmış Orxan Əliyev və Zaur Həşimov da artıq komanda ilə birlikdə hazırlıq keçir. A millidən qayıdan Anar Nəzirov, U-21-dən geri dönən Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov da komanda ilə birlikdə məşq edir.
Fanat.az