"Sumqayıt"da növbəti təyinat rəsmiləşib. Fanat.az xəbər verir ki, əməkdar məşqçi, əvəzedici komandada köməkçi məşqçi kimi fəaliyyət göstərən Ağamusa Bağırov "Sumqayıt"ın akademiyasına baş kordinator vəzifəsinə təyin olunub.
Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış 58 yaşlı mütəxəssis karyerası ərzində “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Standart” kimi klublarda çalışıb.
Fanat.az