"Sumqayıt"da kim nə iş görüb?

"Sumqayıt"da kim nə iş görüb?
Topaz Premyer Liqasında 13-cü tur arxada qalıb. Fanat.az xəbər verir ki, turlar ərzində "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun ən çox güvəndiyi futbolçu qapıçı Anar Nəzirovdu. 
A millimizin də formasını geyinən 28 yaşlı qolkiper 13 qarşılaşmada əvəzlənmədən meydanda olub (1160 dəqiqə). Anardan başqa, Aleksandr Çertoqanov (1133 dəqiqə) və Elşən Abdullayev də 13 (1033 dəqiqə) qarşılaşmanın hamısında meydana çıxıb. Arxada qalan 13 turda ən az meydanda olan futbolçular isə Ruslan Nəsirli və Zaur Həşimovdu. Hər iki futbolçu cari mövsümdə cəmi 2 oyunda meydanda olub.  
Yeri gəlmişkən, arxada qalan 13 turda "Sumqayıt" 6 qola imza atıb. Hücumçular Vüqar Əsgərov və Pərdis Fərcad-Azadın aktivində iki qol var. Digər iki qolu isə Elşən Abdullayev və penaltidən olmaqla Ruslan Qurbanov vurub.
Anar Nəzirov - 13 (1160 dəqiqə)
Aleksandr Çertoqanov - 13 (1133)
Elşən Abdullayev - 13 (1033)
Məhəmməd Mirzəbəyov - 12 (1080)
Slavik Alxasov - 12 (1029)
Adil İbrahimov - 12 (996)
Nurlan Novruzov - 12 (873)
Ruslan Qurbanov - 12 (834)
Vüqar Əsgərov - 12 (792)
Samir Abasov - 10 (703)
Aqşin Muxtaroğlu - 9 (716)
Pərdis Fərcad-Azad - 9 (683)
Vurğun Hüseynov - 7 (540)
Bəxtiyar Həsən-Alızadə - 6 (489)
Kərim Diniyev - 6 (304)
Mirzağa Hüseynpur - 5 (192)
Orxan Əliyev - 4 (211)
Nodar Məmmədov - 3 (60)
Zaur Həşimov - 2 (36)
Ruslan Nəsirli - 2 (27)
Vurulan qollar: Vüqar Əsgərov (2), Pərdis Fərcad-Azad (2), Elşən Abdullayev, Ruslan Qurbanov (1/1).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər