"Sumqayıt"da fövqəladə iclas: 3 nəfər cəzalandı

"Sumqayıt"da fövqəladə iclas: 3 nəfər cəzalandı
Premyer Liqada uğursuz çıxışı davam etdirən "Sumqayıt"da klubdaxili iclas keçirilib. Fanat.az xəbər vprir ki, iclasda futbolçular və məşqçilər iştirak edib.
İclasda "Sumqayıt" - "Bakı" oyunundan sonra baş verənlərin araşdırılması barədə qərar qəbul olunub. Bundan sonra AFFA İntizam Komitəsinin qərarlarından apellyasiya şikayəti verib-verilməməsi müəyyənləşəcək. 
Klub rəhbərliyi XV turda "Neftçi" ilə qarşılaşmada hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alan Samir Abbasov və son turda eyni hərəkəti edən Slavik Alxasovla Ruslan Qurbanovu cərimə edib. Məşqçilər korpusuna komanda daxilindəki nizam-intizamı qaydasına salmaq tapşırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər