"Sumqayıt"da 3 yeni futbolçu

"Sumqayıt"da 3 yeni futbolçu
"Sumqayıt" baxışa futbolçular cəlb edib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin düşərgəsində 3 yeni oyunçu var.
“Qəbələ”nin əvəzedici heyətindən cəlb olunan Kamal Mirzəyev 1994-cü il təvəllüdlüdü. Ötən ilin sonlarından komandada baxışda olmuş Tofiq Qədimov yenidən düşərgədə peydə olub. Bundan başqa, I divizionun iddialı klublarından olan “Neftçala”nın aparıcı oyunçusu Orxan Məmmədov da baxışdadı. 26 yaşlı müdafiəçi ilə bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək. Ümumiyyətlə, Aqil Məmmədov həmin oyunçularla bağlı yekun qərarı yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl "Qəbələ"dən Tərzin Cahangirovu icarəyə götürüb və "İnter"dən Ramil Mansurovu transfer edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər