"Sumqayıt"da 3 əskik var

"Sumqayıt"da 3 əskik var
Topaz Premyer Liqasının XVIII turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" bir günlük istirahətin ardından məşqlərə start verib. Fanat.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib. 
Zədəli olan Ruslan Qurbanov, Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi iki tərəfli oyunla yekunlaşdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər