Topaz Premyer Liqasının V turunda doğma azarkeşləri qarşısında "Rəvan"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqinə çıxıb.
Yüngül zədəsi olan Elşən Abdullayev və fərdi şəkildə hazırlaşan Orxan Əliyev komandadan ayrı çalışıb. Almaniyada müalicə olunan hücumçu Pərdis Fərcad-Azad artıq sağalıb. O, sabahdan komanda ilə birlikdə hazırlığa qoşulacaq.