"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini aldı

"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini aldı

"Sumqayıt" komandası Misli Premyer Liqasında öz meydanında 100-cü məğlubiyyətini alıb.

Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 2026/2027 mövsümünün I turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev yenilgisi kimi düşüb.

"Sumqayıt" öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan "Sumqayıt" bu göstəricidə "100"ə çatan ilk klubdur.

Qeyd edək ki, "Sumqayıt"ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də "Qəbələ" ilə matça (1:2) təsadüf edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər