"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

“Sumqayıt” klubu baş məşqçi Vaqif Cavadovu postundan uzaqlaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb. Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər