"Sumqayıt" tam heyətlə...

"Sumqayıt" tam heyətlə...
Təlim-məşq toplanışını başa vuran "Sumqayıt" 1 günlük fasilədən sonra yenidən hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XIX turu çərçivəsində doğma azarkeşləri qarşısında "Qəbələ"ni qonaq edəcək Aqil Məmmədovun komandasında zədəli futbolçu yer almır. 
U-21-in düşərgəsində yer alan qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsənalızadə bu gündən etibarən məşqlərə qoşulacaq.
Qeyd edək ki, fevralın 1-də Sumqayıtda baş tutacaq "Sumqayıt" - "Qəbələ" oyunu saat 16:00-da start götürəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər