"Sumqayıt" seleksiya xarakterli toplanış keçirdi

"Sumqayıt" seleksiya xarakterli toplanış keçirdi
"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə eyni adlı şəhərdə Futbol Festivalı keçirilib. Fanat.az xəbər verir ki, 7-15 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunub. 
Sumqayıtda yerləşən yeni meydançada baş tutan tədbirdə 150-dən artıq uşaq iştirak edib. Seleksiya xarakterli toplanışda "Sumqayıt"ın idman direktoru Frank Bernharddan başqa, əsas komandanın baş məşqçisi Aqil Məmmədov, köməkçiləri və futbolçu heyəti də iştirak edib. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən futbolçular yaxın gələcəkdə "Sumqayıt"ın akademiyasına cəlb olunacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər