Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını başa vurub. Fanat.az xəbər verir ki, komanda bu gün son məşqini keçirib.
Zədəli olan Sabir Allahquliyev və Elçin Sadıqov məşqdə iştirak etməyib. "Qarabağ"la qarşılaşmada zədə səbəbindən iştirak etməyən Vüqar Əsgərov artıq tam sağalıb. "Sumqayıt" sabah səhər Qəbələyə yola düşəcək.
Fanat.az