"Sumqayıt" Renan Santananı heyətinə qatıb

"Sumqayıt" Renan Santananı heyətinə qatıb

"Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, "kimyaçılar" braziliyalı müdafiəçi Renan Santananı sıralarına cəlb edib.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Santananın son klubu Portuqaliyanın "Famalikao" komandası olub.

"Atletiko Mineyro" klubunun yetirməsi olan müdafiəçi "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər