"Sumqayıt" "Xəzər Lənkəran"ın gənc hücumçusu Ağabala Ramazanovla danışıqlar aparır. Fanat.az xəbər verir ki, klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da xəbəri təsdiqləyib:
"Bəli, bizim transfer siyahımızda Ağabala Ramazanovun adı var. Lakin bu söhbətlər rəhbərlik səviyyəsində gedir. Rəsmi razılıq əldə olunsa mütləq məlumat veriləcək".
rekord.az