"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"İsa Sulimanın mövsümü vaxtından əvvəl başa vurduğu öncədən məlumdursa, Miloş Miloviç də zədə səbəbindən "Turan Tovuz"a qarşı oynaya bilməyəcək. Vüqar Mustafayev, Rəşad Əzizli və Alan Dias isə cəzalıdırlar. Bildiyiniz kimi, Vüqar artıq futbolçu karyerasını bitirməyə qərar verib".

Qeyd edək ki, "Sumqayıt" - "Turan Tovuz" qarşılaşması mayın 17-də keçirləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. 34 tura 49 xal toplayan Tovuz təmsilçisi turnir cədvəlinin 4-cü, 30 xalı olan "kimyaçılar" isə 9-cu pilləsində mövqe tutublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər