"Sumqayıt" "Sabah"la matçda bu futbolçuların xidmətindən məhrumdur - AÇIQLAMA

"Sumqayıt" "Sabah"la matçda bu futbolçuların xidmətindən məhrumdur - AÇIQLAMA

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ı qəbul edəcək "Sumqayıt" matça tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Silvanus Nimeli, Alan Dias və İsa Suliman "Sabah"a qarşı matçda zədə səbəbindən iştirak etməyəcəklər".

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti 19:30-da səsləndiriləcək.Tərəflər arasında ilk görüşdə qalib müəyyənləşməyib (0:0).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər