"Sumqayıt" - "Qəbələ" matçı təxirə salındı

"Sumqayıt" - "Qəbələ" matçı təxirə salındı
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XIX turunun "Sumqayıt" - "Qəbələ" oyunu təxirə salınıb. Fanat.az xəbər verir ki, bu barədə Sumqayıt klubunun rəsmi saytı məlumat yayıb.
Buna səbəb əlverişsiz hava şəraiti olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu qar altında qaldığından matç baş tutmayıb. Qarşılaşmanın nə vaxt keçiriləcəyi bəlli deyil. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər