"Sumqayıt" "Qarabağ"la oyuna belə hazırlaşacaq - AÇIQLAMA

"Sumqayıt" "Qarabağ"la oyuna belə hazırlaşacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edən "Sumqayıt"ın millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindən necə istifadə edəcəyi dəqiqləşib.

Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:

"Komanda 4 günlük istirahətdən sonra bu gün bir araya gəlib. Bildiyiniz kimi, bir neçə futbolçumuz millilərin düşərgələrindədir. Qalan oyunçular məqşlərdə iştirak edirlər. Yoxlama oyunu nəzərdə tutulmayıb".

Xatırladaq ki, "Sumqayıt" 12-ci turda "Qarabağ"ı qəbul edəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər