"Sumqayıt" "İmşli" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Sumqayıt" "İmşli" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində bu gün "İmişli"ni qəbul edəcək "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:

"Ronaldo Vaskes cəzalı durumdadır. Höccət Haqverdinin isə mikrozədəsi var. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək. Uzun müddətə sıradan çıxan Ayxan Süleymanlını və artıq düşərgəyə qayıdan İsa Sulimanı nəzərə almasaq, başqa zədəli yoxdur".

Qeyd edək ki, "Sumqayıt" - "İmişli" matçı 19:30-da başlayacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər