"Sumqayıt" "diş"imizə uyğun rəqibdir" - Gəncədə qol vuran Uğur qələbəni dəyərləndirdi

"Sumqayıt" "diş"imizə uyğun rəqibdir" - Gəncədə qol vuran Uğur qələbəni dəyərləndirdi

Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz"i rəqib meydanında 4:1 hesabı ilə üstələyən "Şamaxı"nın hücumçusu Uğur Cahangirov parlaq qələbəni dəyərləndirib.

Gəncədəki matçın 21-ci dəqiqəsində "aslanlar"ın 2-ci qoluna imza atan ön xətt oyunçusu Fanat.Az-a açıqlamasında belə danışıb:  

"Kəpəz" ilə oyuna komanda olaraq yaxşı hazırlaşmışdıq. Çətin səfər matçına çıxacağımızı bilirdik. Baş məşqçimiz bizə düzgün təlimatlar vermişdi. Bu çətin səfərdən qələbə ilə qayıtdıgımız üçün sevincliyik. Mən qol vuraraq komandamıza kömək etdiyim üçün ikiqat şadam. 

Uğur 5-ci turda "Sumqayıt"a qarşı keçirəcəkləri səfər matçından nə gözlədiyini də deyib:

"Hər oyuna olduğu kimi bu oyuna da qəlebə qazanmaq üçün çlxacağıq. "Sumqayıt" "diş"imizə uyğun rəqibdir. İnaniram ki, oradan qələbə ilə qayıda ve vəziyyətimizi daha da yaxşılaşdıra bilerik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər