"Sumqayıt" "Antalyaspor"dan iki futbolçu gətirdi

"Sumqayıt" "Antalyaspor"dan iki futbolçu gətirdi

XIX tur çərçivəsində fevralın 1-də evdə "Qəbələ"ni qəbul edəcək "Sumqayıt" matçın hazırlıqlarını doğma meydançasında davam etdirir. Fanat.az xəbər verir ki, klub eyni zamanda transfer çalışmalarını da davam etdirir.

 

Komandanın düşərgəsinə daha iki yeni futbolçu gəlib və bugünkü məşqdə iştirak da ediblər. Adlarını dəqiqləşdirə bilməsək də öyrənə bildik ki, hər iki futbolçu Türkiyənin "Antalyaspor" klubundan gəliblər. 1994-cü il təvəllüdlü futbolçu yarımmüdafiəçi, 1995-ci il təvəllüdlü futbolçu isə mərkəz müdafiəçi mövqeyində oynayır. Yaxın 2-3 gün ərzində hər iki futbolçu haqqında qərar veriləcək.

Rekord.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər